ARAS Elm və Araşdırma Jurnalı (ISSN) beynəlxalq standartlara cavab verən və ildə dörd dəfə nəşr olunan elmi jurnaldır.
Jurnalda müasir dövrün ən aktual elmi və ictimai məsələlərinə həsr olunmuş materiallar dərc edilir.
Nəşr üçün təqdim olunan məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul edilir. Jurnalda Azərbaycan və xarici ölkələrin ali təhsil müəssisələrində, eləcə də elmi-tədqiqat institutlarında təhsil alan magistrantların əvvəllər dərc edilməmiş tədqiqat, icmal və elmi məlumat xarakterli məqalələri nəşr olunur.
Jurnalın əsas məqsədi elm ilə cəmiyyət arasında körpü yaratmaq, elmi biliklərin geniş auditoriyaya çatdırılmasına töhfə verməkdir. Müxtəlif fəaliyyət sahələrində çalışan alim və tədqiqatçılar öz elmi işlərini jurnalda dərc etdirmək imkanına malikdirlər.
Jurnala təqdim olunan bütün məqalələr nəşrdən əvvəl ən azı iki mərhələli rəy (peer review) prosesindən keçirilir. Dərc edilmiş bütün məqalələr jurnalın rəsmi internet səhifəsinin arxiv bölməsində daimi olaraq saxlanılır.