Məqalələrin Tərtibi Qaydaları

Jurnalın dili: Azərbaycan, rus, türk və ingilis dillərində məqalələr qəbul edilir.

Məqalələr jurnalın əhatə etdiyi sahələrə uyğun olmalıdır. Məqalələrin həcmi 6 səhifədən az olmayıb, 10 səhifəni keçməməlidir.

Səhifə ölçüləri

Kağız ölçüsüA4
Sol kənar boşluq2 sm
Sağ kənar boşluq2 sm
Yuxarı kənar boşluq2 sm
Aşağı kənar boşluq2 sm

Yazı, şrift

Yazı şriftiTimes New Roman
Yazı üslubuNormal
Əsas mətn şrift ölçüsü12
Cədvəllər (varsa) üçün şrift ölçüsü10
Qeydlər üçün şrift ölçüsü10
Sətirlər arası ölçü1 sm
Abzaslar arası ölçü6 nk

Məqalənin tərtib ardıcıllığı

Müəllif(lər) haqqında məlumatAdı, ata adı, soyadı, elmi dərəcəsi, çalışdığı qurum və e-poçt ünvanları, iş və mobil telefon nömrələri, varsa ORCID (baş hərfi böyük, şrift ölçüsü — 12)
Məqalənin başlığıYazıldığı dildə, BÖYÜK HƏRFLƏRLƏ, tünd, şrift ölçüsü — 12
Xülasə və açar sözlərYazıldığı dildə 150 söz, 3-5 açar söz, şrift ölçüsü — 10. Xülasə 200 sözdən çox olmamalı və məqalənin mahiyyətini ifadə etməlidir. Xülasədə ardıcıl olaraq müəllif(lər)in soyadı, adı, atasının adı, elmi dərəcəsi, işlədiyi qurum, vəzifəsi və məqalənin adı göstərilməlidir.

Xülasələr dillərə görə aşağıdakı elementləri əks etdirməlidir:

  • Azərbaycan dilində: tədqiqatın məqsədi, tədqiqatın metodu, tədqiqatın nəticələri, açar sözlər
  • Rus dilində: цель исследования, метод исследования, результаты исследования, ключевые слова
  • İngilis dilində: Purpose, Design/method/approach, Findings (Results), Keywords

Məqalə dəqiq strukturlaşdırılmalı, bir sətir buraxılıb yeni sətirdən başlamaqla ardıcıl olaraq: müəllif(lər)in adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, əsas istiqaməti, problem və mövzu, xülasə, açar sözlər, giriş, başlıqlara bölünmüş əsas mətn, nəticə, ədəbiyyat siyahısı və xarici dillərdə xülasə/açar sözlər (аннотация, ключевые слова, abstract, key words) ardıcıllığı ilə tərtib edilməlidir.

Mətnin ardıcıllığı

GirişBaş hərfi böyük, tünd, şrift ölçüsü — 12
ParaqraflarAbzaslarda sətirbaşları probel və tabulasiya ilə deyil, yalnız Word-ün abzas altproqramı ilə yerinə yetirilməlidir. Vacib ifadələr rəngli deyil, yarımqara və kursiv şriftlə vurğulanmalıdır. Freym (mətn çərçivəsi) istifadə edilməməlidir.
NəticəElm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə qeyd olunmalıdır.
Ədəbiyyat siyahısıBaş hərfi böyük, tünd, şrift ölçüsü — 12. Yalnız elmi mənbələrə istinad olunmalıdır, üstünlük son 5-10 ilin nəşrlərinə verilməlidir.

Mətn daxilində istinadlar mötərizədə əvvəlcə mənbənin nömrəsi, sonra vergüllə səhifə nömrəsi göstərilməklə verilir. Nümunə: [1 s.230], [2 s.143] və ya [1].